İranda etiraz aksiyası — 150 nəfər saxlanıldı


İranda etiraz aksiyası — 150 nəfər saxlanıldı
İranın cənub-qərb vilayətində etraz aksiyası keçirilib.
7news.Az  xəbər verir ki, polis 150 aksiya iştirakçısını saxlayıb. Bu barədə İran parlamentinin millət vəkili Cavad Kazım Elbaci məlumat verib.

Qeyd edilir ki, aksiya İranın Xuzestan vilayətində keçirilib. Ərazinin əsas sakinləri ərəblərdir. 22 mart tarixində İran dövlət televiziyasında uşaq verilişi efirdə yayımlandıqdan sonra etirazlar başlayıb. Verilişdə İranda yaşayan azsaylı xalqlar arasında ərəblərin adı çəkilməyib. Bu isə vilayət sakinlərinin etirazına səbəb olub.

Bildirilir ki, aksiya hökumətə qarşı olmayıb və dinc şəraitdə keçirilib.
Tarix: 21-04-2018, 22:26
Xəbəri paylaş





Xəbər lenti