KİV: Səudiyyə Ərəbistanında PUA çevriliş xəbərlərinin yayılmasına səbəb olub

 Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dövlət çevrilişinə cəhd həyata keçirilir.Bu barədə öz mənbələrinə istinadən “Associated Press” məlumat yayıb.  Sosial şəbəkələrdə yerli mənbələrin verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kral sarayına silahlı hücum baş verib.

Virtualaz.org mənbələrə istinadən bildirir ki, hazırda saray istiqamətində atəş səsləri eşidilməkdədir. Kralın hava limanında təhlükəsiz bir yerə sığındığı, vəliəhdin isə atəş altında olan sarayda olduğu deyilir.

Hüquq mцdafiəçisi Əli Əl-Əhməd özünün “Twitter” hesabında təsdiq edib ki, kral Salman ibn Əbdül-Əziz əl Səud saraydan təxliyyə olunub. Mənbənin sözlərinə görə, kral “Kral Xalid” hərbi bazasına aparılıb. Sarayın ətrafında atışmanın davam etdiyi bildirilir.

Tarix: 22-04-2018, 08:18
Xəbəri paylaş





Xəbər lenti