İran ABŞ prezidenti Donald Trampın mayda nüvə proqramına görə tətbiq edilmiş sanksiyaların 2015-ci il Vyana sazişindən sonra dondurulma müddətini uzatmayacağı təqdirdə, onu bərpa etməyə hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.
O bildirib ki, beynəlxalq ictimaiyyət İranı birtərəfli qaydada sövdələşməyə əməl etməyə çağıra bilməz.
Tramp mayın 12-də sanksiyaların növbəti müddətə dondurulması barədə qərar qəbul etməlidir. Qərar qəbul olunmayacağı təqdirdə, sanksiyalar avtomatik bərpa olunacaq.