Kabildə partlayış: 31ölü, 50-dən çox yaralı


Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hadisə nəticəsində 31 nəfər ölüb, 50 nəfərdən çox adam xəsarət alıb.

Hadisənin terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

Tarix: 22-04-2018, 13:29
Xəbəri paylaş





Xəbər lenti