Avropa İttifaqı Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edir


Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib və tərəfləri təmkinli olmağa çağırıb.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu, bu gün Aİ-nin xarici siyasət xidməti nümayəndəsinin yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda tərəflər məsuliyyətli olmağa dəvət edilir.

Qeyd edək ki, son məlumata əsasən Ermənistan hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sarkisyanın baş nazir postunu tutmasına etirazla bağlı bu gün keçirilən aksiyada iştirak edənlərdən 228 nəfəri saxlayıb. Onlardan 3-ü Ermənistan parlamentinin deputatıdır. Onlara qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb.

Bundan başqa, qarşıdurmalar zamanı 7 nəfər xəsarət alıb.

Tarix: 22-04-2018, 20:31
Xəbəri paylaş





Xəbər lenti