Ermənistan müxalifətinin liderinin harada saxlandığı məlum deyil


Ermənistanda “Vətəndaş sazişi” partiyasının və “Mənim addımım” təşəbbüs qrupunun lideri, ölkə parlamentinin deputatı Nikol Paşinyan tutulduqdan sonra saxlandığı Sevan polis idarəsindən aparılıb və hazırda onun harada saxlanıldığı məlum deyil.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində vəkil Rüstəm Badasyan yazıb.

“Nikol Paşinyan Sevan idarəsində deyil, müstəntiq telefonda bunu təsdiq edir, idarəyə gəlirəm, orada bildirirlər ki, gün ərzində burada idi, amma indi yoxdur. Harada olduğu barədə suala cavab vermirlər. Kimin apardığı da məlum deyil. Düşünürəm ki. 1937-ci ildə insanlar daha çox qorunurdular”, - vəkil yazıb.

Tarix: 23-04-2018, 10:14
Xəbəri paylaş





Xəbər lenti