Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - CANLI YAYIM


 

Irəvanda hərbçilər etiraz aksiyasında iştirak edən tələbələrə qoşulublar.

Virtualaz.org xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin cərgəsində hərbçilər tələbələrlə birgə addımlayırlar.

*   *   *11:55

Hazırda Yerevanın küçələrində on minlərlə insan etiraz aksiyası keçirir. Canlı yayımdan da göründüyü kimi, etirazçıların arasında tələbələr də var. Tibb universitetinin tələbələri aksiyaya ağ xalatlarla qoşulublar.

Virtualaz.org Ermənistan KİV-lərə istinadən xəbər verir ki, tələbələr Yerevan Dövlət Universitetinin qarşısına toplaşaraq, müəllimləri də onlara qoşulmağa səsləyirlər.

*  *  *10:53

Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən kütlə bu gün səhər yenidən ölkə paytaxtının küçələrinə çıxıb.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, aksiyalar Yerevanda eyni zamanda bir neçə yerdə keçirilir. Bunlardan biri Yerevan Dövlət Universitetinin qarşısında başlayıb.

Xatırladaq ki, etiraz aksiyalarının liderləri həbs edilib. Buna baxmayaraq, yüz minlərlə insan küçələrə çıxaraq Sarkisyanın istefasını tələb edir.

Tarix: 23-04-2018, 14:07
Xəbəri paylaş





Xəbər lenti