Trampın diktatorla bağlı planları bəlli oldu


Şimali Koreya lideri ilə görüş planlaşdıran ABŞ lideri Donald Trampın planları bəlli olub.

Cebhe.info xəbər verir ki, Tramp Şimali Koreyaya qarşı sərt siyasəti davam etdirmək və diktatoru bütünlüklə nüvə çalışmaları fikrindən daşındırmaq niyyətindədir.

Trampın bu planları barədə “The Wall Street Journal” yazıb. Nəşrin yazdığına görə, Tramp özündən əvvəlki prezidentlərin Şimali Koreya ilə bağlı siyasətini və səhvlərini təkrarlamaq niyyətində deyil.

Ağ Evdəki mənbənin bildirdiyinə görə, əsas məqsəd Kim Çen Inı nüvə çalışması fikrindən daşındırmaqdır. 22 apreldə Tramp sosial şəbəkədəki səhifəsində Şimali Koreya siyasəti haqqında yazıb: "Ola bilsin ki, bundan nəsə alınsın, amma olmaya da bilər, zaman göstərəcək".

Qeyd edək ki, Tramp "bundan" deyəndə Kim Çen Inın nüvə çalışmalarını dondurmaq barədə qərarını nəzərdə tutub. 

Tarix: 23-04-2018, 14:34
Xəbəri paylaş





Xəbər lenti