G7-nin XİN rəhbərləri müttəfiqlərin Suriyaya zərbələrini dəstəkləyib


"Böyük yeddilik" ölkələrinin xarici işlər nazirləri ABŞ, Britaniya və Fransanın bu yaxınlarda Suriyaya endirdikləri zərbələri dəstəkləyiblər.

“Report” xəbər verir ki, G7-nin Torontoda keçirilən görüşünün yekununda qəbul edilən bəyanatda deyilir:

"Cavab məhdud, mütənasib və zəruri idi və kimyəvi silahların istifadəsinə qarşı beynəlxalq normalara riayət etmək üçün bütün mümkün diplomatik imkanların tükənməsindən sonra həyata keçirilib".

Tarix: 24-04-2018, 08:10
Xəbəri paylaş





Xəbər lenti