Rusiyadan İrəvana gecə zəngi - Medvedev Karapetyanla danışdı


Ermənistandakı proseslərin pik həddə qalxması nəticəsində Serj Sərkisyanın baş nazir posrundan istefa verməsinin ardınca Rusiyanın baş naziri Dmitri Medvedev İrəvana telefon açıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiyanın hökumət başçısı ötən gecə Ermənistanın baş naziri vəzifələrini icra edən Karen Karapetyanla danışıb.

Məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətləri, həmçinin Ermənistandakı durum müzakirə olunub. D.Medvedev vəziyyətin qanun çərçivəsində nəzarətdə saxlanması zərurətindən bəhs edib. Baş nazirlər Avrasiya Birliyi çərçivəsində əməkdaşlıq məsələlərindən də danışıblar.

Maraqlısı budur ki. ötən gün Rusiya rəsmiləri Ermənistanda baş verənlərə müdaxilə etməyəcəklərini bəyan etmişdilər. Serj Sərkisyanın Moskvanın dəstəyindən əlini üzüb istefa verməsindən sonra D.Mevedevin “Rusiyanın adamı” olduğu şübhə doğurmayan K.Karapetyana telefon açması isə proseslərin arxasında Kremlin barmağının olduğu barədə ehtimalların əsassız olmadığını deməyə imkan yaradır.

Tarix: 24-04-2018, 09:22
Xəbəri paylaş





Xəbər lenti