“İqtidara gəlsəniz, bizi vətəndaşlıqdan çıxarın” - müğənnidən sərt sözlər


Müğənni Alişan İYİ Partiyanın rəhbəri Meral Akşenerin Hatay ziyarətinə gedən məşhurları tənqid etməsinə münasibət bildirib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqramların birinə qonaq olan ifaçı Akşenerə sərt mesaj göndərib: "Biz ora bir partiyanın konqresinə getmədik. Afrində dövləti, bayrağı üçün döyüşən, sərhədlərini terrordan təmizləməyə çalışan əsgərlərimiz üçün getdik. Meral Akşener "Biz iqtidara gəlsək, o sənətçilərə salam verməyəcəyik”-, deyib. Məncə, salam filan verməyi buraxın. İqtidara gəlsəniz, bizi Türkiyə  vətəndaşlığından çıxarın. Günahımız türk əsgərini ziyarət etməkdir? Bizi Süleyman Dəmirəl çağırdığında da gedirdik. Məsud Yılmaz baş nazir idi. O çağıranda da gedirdik. Bülent Ecevitin namizəd olduğu və seçildiyi konqresdə də konsert verdim. Belə bir şey olmamışdı. İndi bir partiyanın konqresində konsert verdinsə, bitirsən”.

Qeyd edək ki, aprelin 2-də Rəcəb Tayyib Ərdoğan tanınmış müğənni və idmançılarla Hataya gedərək, türk əsgərlərinə dəstək olub. Tanınmışlar arasında İbrahim Tatlısəs, Sibel Can, Alişan, Seda Sayan, Prof. Dr. Nihat Hatipoğlu, Esra Erol, Murat Yıldırım, Sinan Tuzcu, Gözde Kansu, Burcu Kıratlı, Mustafa Sandal, Alişan, Hande Yener, Şafak Sezer, Muazzez Ersoy, Yavuz Bingöl, Necati Şaşmaz, Cengiz Kurtoğlu, Emel Müftüoğlu, Deniz Seki, Coşkun Sabah, Fettah Can, Serkan Çağrı, Cemal Okan, Timur Savcı, Kenan Sofuoğlu, Gökhan Gönül, Arif Susam, Fikret Orman, Hakan Peker, Necati Akpınar, Tolga Zengin ve Orhan Hakalmaz, Hülya Koçyiğit, Ajda pekkan olub.

Tarix: 24-04-2018, 15:06
Xəbəri paylaş





Xəbər lenti