“Siyasi böhran Ermənistanda iqtisadi böhranı dərinləşdirəcək” - PROQNOZ


Vahid Əhmədov: “Proseslərin hələ bir müddət davam edəcəyini düşünürəm”




Ermənistanda yaşanan siyasi böhran, vətəndaş qarşıdurması davam edir. Bəs bu böhran onsuz da zəif olan Ermənistan iqtisadiyyatına necə təsir göstərəcək?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov baş verənlərin Ermənistan iqtisadiyyatı üçün də yaxşı heç nə vəd etmədiyini söylədi:

“Bu  gün Ermənistanda ciddi proseslər gedir. Qarabağ klanı hakimiyyətdən gedir. S.Sərkisyan istefa verib. Bu, iflic vəziyyətində olan Ermənistanı daha iflic vəziyyətə salıb.

Bu gün Ermənistanda gedən proseslərin arxasında hansı qüvvələrin – Qərbinmi, yoxsa Rusiyanınmı dayandığı dəqiq bilinmir. Ancaq hesab edirəm ki, proseslər müəyyən müddət davam edəcək. Çox güman ki, parlament seçkiləri keçiriləcək. Ola bilsin daha sonra prezident seçkiləri də olsun.

Baş verənlər Ermənistan iqtisadiyyatına da ciddi ziyan vuracaq. Ermənistan iqtisadiyyatı onsuz da çökür. İnsanlar faktiki olaraq işləmir. Insanlar küçələrdədir.

Hesab edirəm ki, Ermənistanda iqtisadiyyatın çökmə prosesi davam edəcək”.

 

Seymur Əliyev

Tarix: 24-04-2018, 17:06
Xəbəri paylaş





Xəbər lenti