Türkiyə növbədənkənar seçkilərə vahid müxalifət lideri ilə gedir – İDDİA

 Türkiyədə növbədənkənar prezident seçkiləri ilə bağlı keçmiş ölkə başçısı Abdullah Gül və eks baş nazir Əhməd Davudoğlu bir araya gəlib. Görüş keçmiş prezidentin dəvəti ilə baş tutub.
Lent.az Habertürk-ə istinadən xəbər verir ki, Davudoğlu və Gül müxalifətin seçkiyə vahid namizədlə getməsi məsələsini gündəmə gətiriblər. İddialara görə, keçmiş prezident Abdullah Gül və ya Əhməd Davudoğlunun hər ikisi müxalifətin vahidi namizədi olmaq niyyətindədir.
Jurnalistlərin “Gül müxalifətin lideri olaraq qarşımıza çıxa bilərmi?” sualına prezident Rəcəb Tayyib Ərdoğanın cavabı da birmənalı olub:
“Bu sualı cənab Abdullah Gülə verin, mənə yox” – deyərək mövzudan yayınmağa çalışıb.
Tarix: 24-04-2018, 17:18
Xəbəri paylaş





Xəbər lenti