Türkiyədə müxaliflər yeni seçki ittifaqları yaradır


Türkiyənin gündəmini 24 iyuna təyin edilmiş seçkilər təşkil edir. Siyasi müzakirələr, ittifaq danışıqları sürətlənib. Təbii ki, qarşılıqlı ittihamlarla birlikdə. Xatırladaq ki, ötən həftə MHP sədri Dövlət Baxçalının növbədənkənar seçkilər çağırışına cavab olaraq prezident Ərdoğan prezident və parlament seçkilərinin iyunun 24-də keçiriləcəyi haqda sərəncam verib.

Artıq necə deyərlər, seçkilərin əsas qüvvələri də məlumdur. MHP bəyan edib ki. seçkilərdə hakim AKP-nin namizədini, yəni hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcək.

Müxalif cinahdakı partiyalar isə ittifaq axtarışlarını davam etdirir. Ötən həftə sonu müxaliflər arasında ciddi anlaşma olub. Anlaşmaya əsasən yeni qurulmuş İYİ Partiyanın seçkilərdə iştirakını təmin etmək üçün CHP-dən 15 deputat İP-ya keçib. Bununla da İP-nin Məclisdəki deputatlarının sayı 20 nəfər çatıb.

Bu arada məlum olub ki, həm CHP, həm də İP seçkilərə öz namizədləri ilə gedəcək. Doğrudur, qanunlara əsasən artıq parlamentdə 20 deputatı olan İP-nin sədrinin namizədliyini irəli sürməsi üçün hər hansı maneə qalmayıb, ancaq bununla belə bildirilib ki, Meral Akşener namizədliyini irəli sürmək üçün lazım olan 100 min imzanı da toplamağa başlayıb.

Meral AkÅener  Temel KaramollaoÄlu ile ilgili görsel sonucu

Bu arada ittifaq danışıqları davam edir. Ötən gün Ankarada Meral Akşener və Səadət Partiyasının sədri Təməl Karamollaoğlu arasında görüş baş tutub. Hər iki liderin verdiyi açıqlamada görüşdə Türkiyə məsələsini müzakirə etdiklərini, səmimi şəkildə danışıqlar apardıqlarını bildiriblər. Yeri gəlmişkən, bir gün əvvəl T.Karamollaoğlu CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşüb. İki tərəf seçkiləri və ölkədaxili vəziyyəti müzakirə edib.

Müxaliflərin hərəkətliliyi ötən gün prezident Ərdoğanın parlament qrupu qarşısında çıxışında əsas mövzulardan biri olub. Ərdoğan deputatlar qarşısında AKP-nin 4 əsas seçki vədini elan edib. Bunlar: “Yeni dövrdə daha artıq demokratiya, daha güclü hüquq dövrü olacaq, yeni dövr daha yüksək rifah dövrü olacaq, daha davamlı sabitlik dövrü olacaq, yeni dönəm icra hakimiyyətinin daha təsirli, qanunvericiliyin daha etibarlı, məhkəmənin daha müstəqil olduğu dövr olacaq.

Ərdoğan qrup toplantısında CHP-dən 15 deputatın İYİ Partiyaya keçməsini də tənqid edib. Ərdoğan deyib ki, müxalifləri “yeganə məqsədi Ərdoğan düşmənçiliyi olan bir ittifaq qurulur”. Eyni zamanda Ərdoğan son zamanlar siyasi dəhlizlərin əsas mövzusu olan eks-prezident Abdullah Gülün prezidentliyə namizəd olması ilə bağlı iddialara münasibət bildirib. Ərdoğan deyib ki, çox gizli bir oyun oynanılır: “Hazırda hazırda çox qəribə bir ssenari var ortada. Həftə sonuna qədər baxaq bu ssenari necə oynanılacaq, görəcəyik”.

erdoÄan kılıçdaroÄlu ile ilgili görsel sonucu

CHP sədri Kamal Kılıçdaroğlu isə prezident Ərdoğanın ittihamlarına cavab verib. Kılıçdaroğlu deyib ki, İYİ Partiya ilə bağlı verilən ilk hadisə deyil, daha öncə Türkiyə siyasətində oxşar qərarlar verilib. Kılıçdaroğlu deyib ki, hazırkı prezidentin parlamentə yolunun açılması da 2002-ci ildə məhz CHP-nin dəstəyi nəticəsində mümkün olub.

Sitat: “Sənin məclisə girmənin yolunu kim açdı? CHP açdı. Səni sevdiyi üçün deyil, demokratiya üçün etdi”.

Kılıçdaroğlu deyib ki, ölkənin bütün mühafizəkar, ülkücü, milliyyətçi demokratlarına, sosialistlərinə müraciət edərək “gəlin respublikanı yenidən quraq” çağırışı etdiyini bildirib.

kılıçdaroÄlu ile ilgili görsel sonucu

Qeyd edək ki, Türkiyə mediasında gəzən əsas tezislər hazırda yeni qurulacaq müxalif seçki ittifaqı, o cümlədən keçmiş prezident Abdullah Gülün prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlıdır. Abdullah Gülün Səadət Partiyası liderləri ilə görüşəcəyi, həmçinin sabiq baş nazir Davudoğlu ilə danışıqlar apardığı yönündə iddialar mediada yer alıb. Yeri gəlmişkən, mayın əvvəlində artıq rəsmi şəkildə partiyalarına Mərkəzi Seçki Komissiyasına müraciətlərinə start veriləcək. M.Akşenerin prezidentliyə namizədlikdə israr etdiyi qeyd olunur və bir çox analitiklərə görə, 2014-cü ildə olduğu kimi, 2018-ci il seçkilərində də müxalifət vahid namizədlə prezident seçkilərinə gedəcək. Və bu namizədin Akşener olması ehtimalı yüksəkdir. Ancaq bunun üçün indi CHP, Səadət kimi əsas partiyaların dəstəyi mühümdür.

Türkiyədə 3 əsas siyasi xətdən biri hesab olunan Səadət Partiyası son illərdəki seçkilərdə parlamentə düşə bilməsə də, seçkilərə siyasi ittifaqla birlikdə qatılacağı təqdirdə AKP-dən səs çəkə biləcəyi ehtimal olunur. Çünki Sədaət məhz AKP qurulduqdan sonra elektoral dəstəyini itirib və “Milli Görüş” xətti AKP-yə transfer olunub. Bu mənada Türkiyənin ən köklü ideologiyası olan partiyalarından biri olan Səadətin ciddi bir ittifaqda seçkilərə qatılması səsverməyə təsir edə bilər. Görünən odur ki, M.Akşener de məhz bu amilə görə Səadət Partiyası ilə ittifaqa can atır. İYİ Partiya isə əsas ağırlığı MHP-dən qopanların təşkil etdiyi nəzərə alsaq. Daha çox bu partiyadan “səs çəkəcək” kimi görünür. Bu səbəbdən də indi mövcud müxalif ittifaqlar AKP və MHP-nin səslərini parçalayacaq.

Musavat.com

Tarix: 24-04-2018, 22:00
Xəbəri paylaş





Xəbər lenti