Hakimiyyət baş nazir vəzifəsini Paşinyana yalnız bir halda güzəştə gedə bilər… – “Qraparak”


Ermənistanın Respublika partiyası baş nazir vəzifəsini Paşinyana bir halda güzəştə gedə bilər. Növbədənkənar parlament seçkiləri Paşinyan vəzifəsinin icrasına başladıqdan dərhal sonra deyil, bir il sonra keçirilsin.

Avropa.info xəbər verir ki, bu iddia ilə “Qraparak” qəzeti çıxış edib.

“Bunun Respublika partiyasına nə verdiyi demək çətindir. Yəqin ki. Nikol Paşinyanın bir il ərzində hansısa real dəyişikliklər gerçəkləşdirə bilmədiyinə əmindirlər. Küçələrə çıxan kütlə isə ondan ümidini üzərək seçkidə ona səs verməyəcklər. Hakimiyyətdəki çoxluq isə qarşıdakı bir il ərzində Paşinyanın Armen Sarkisyan kimi formal statusda qalması üçün qanunlara dəyişikliklər edə bilər.

Nikol Paşinyan planlaşdırırdı ki,parlament “xalq” namizədini seçəndə yeni baş nazir proqram təklif etməyəcək və bu parlamentin buraxılması üçün əsas olacaq. Lakin buna qədər reytinq sisteminin ləğvi üçün seçki qanunvericliyinə dəyişikliklər edilsin” – qəzet yazır.

Tarix: 27-04-2018, 14:31
Xəbəri paylaş





Xəbər lenti