Müxalif düşərgədə gərginlik: - Gül razılaşmadı


Müxalif düşərgədə gərginlik:
Türkiyənin 11-ci prezidenti Abdullah Gül namizədlik məsələsində Səadət Partiyası ilə razılıq əldə edə bilməyib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” yazıb.

“Gül israrla ortaq namizəd olmaq istədiyini bildirir. Akşənər məsələsinə görə də bu mümkün olmur. CHP-yə də bunu qəbul etdirmək müzakirə predmeti deyil. Ona görə də görüşlərdən nəticə əldə edə bilmədik. Gül Səadət Partiyasının namizədi olmayacaq”, - “Röyter”in suallarını cavablandıran partiya rəsmisi deyib.

Xatırladaq ki, Abdullah Gül son günlərdə baş verən namizədlik iddiaları ilə bağlı sabah ətraflı açıqlama verəcəyini bildirib.
 
Tarix: 27-04-2018, 20:50
Xəbəri paylaş





Xəbər lenti