Diktatoru belə qorudular: Maşının yanında qaçan 12 mühafizəçi və “düşmən qardaşlar” - FOTOLAR


Şimali və Cənubi Koreya prezidentlərinin bu gün başlayan tarixi zirvə görüşünə nüvə çalışmaları müzakirələri yox, mühafizəçilər damğa vurub. 

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Şimali Koreya lider Kim Çen Inın mühafizəçiləri silahsızlaşdırılmış ərazidə belə ehtiyatı əldən verməyib. 

Diktatorun xidməti avtomobili görüşün keçirildiyi sərhəd bölgəsinə yaxınlaşdığı əsnada ətrafda çox sayda mühafizəçi peyda olub. Avtomobilin yanında qaçan 12 mühafizəçi bir an belə maşını diqqətsiz qoymayıb. 

Xatırladaq ki, ilk dəfə olaraq Şimali Koreya lideri son 65 ildə Cənubi Koreya ərazisinə daxil olub. İki ölkə lideri bir sıra vacib məsələləri müzakirə edir.

Xəzər
Cebhe.info

Tarix: 27-04-2018, 20:57
Xəbəri paylaş





Xəbər lenti