Masonlar Ermənistandakı “məxməri” inqilabı dəstəklədi



Mason lojasının nümayəndəsi: “Erməni oğulların öz vətənlərində qalaraq yaşamasını istəyirik...”



Fransanın mason təşkilatı Ermənistandakı son etiraz hərəkatına dəstək verdiyini bəyan edib. 

Moderator.az xəbər verir ki, bu haqda erməni qəzetlərindən birinə eksklüziv müsahibəsində  son günlər İrəvanda olan “Fransanın böyük Şərqi”  mason lojasının Xarici Əlaqələr üzrə koordinatoru Mohammad Ait Aarab  bəhs edib. 

“Biz artıq bir neçə gündür ki, İrəvandayıq. Mən erməni gənclərinin öz ölkələrinin qurulmasında iştirak edərək nəyisə dəyişdirməyi arzulamasından çox təsirləndim. Məni Ermənistandakı dinc  etiraz nümayişləri də çox təsirləndirir... Baş nazirin xalqın onu bu vəzifədə  görmək istəmədiyini görərək istefaya  getməsinə gəldikdə, mən bunu siyasi yetkinlik nümunəsi kimi dəyərləndirirəm...” –deyə mason lojasının nümayəndəsi bildirib. 
Sonda M. Ait Aaarab Ermənistanın həmrəylik yolunu tutmasını və ölkə oğullarının öz vətənlərində qalıb yaşamağa üstünlük verməklərini istədiyini əlavə edib.

P.S. Birdəfəlik bilmək lazımdır ki, mason-filan deyilən gizli və açıq beynəlxalq qurumların, demək olar ki, hamısı nəinki Ermənistanın inkişafını, eyni zamanda bu işğalçı ölkənin Qarabağı işğal etməsini də dəstəkləyir. Odur ki, biz yalnız Allaha, öz gücümüzə və azsaylı dost ölkələrə güvənərək başımıza çarə qılmalıyıq...

Sultan Laçın
Tarix: 28-04-2018, 13:47
Xəbəri paylaş





Xəbər lenti