Ermənistan hadisələri: Rusiya arenaya daxil olur - Qərb mətbuatı


“Moskva bu vaxta qədər Ermənistandakı üsyanı əvvəlcə müəmmalı susqunluqla qarşıladı, daha sonra nigaranlıqla müşahidə etdi, indi isə ehtiyatla işin içinə girməyə hazırlaşır”.

Musavat.com xəbər verir ki, bu sözlər “The Washington Post” qəzetinin yazarı Emi Ferris Rotmanın məqaləsində yer alıb.

Müəllif Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və digər dövlət rəsmilərinin Moskvaya səfərlərinin sıxlaşdığına diqqət çəkib. Bu həftənin 3-cü günü isə müxalifətin lideri Nikol Paşinyan nümayişçilərə Rusiya səfirliyndə keçirdiyi görüş barədə məlumat verib və Rusiyanın ona Ermənistanın daxili işlərinə qarışmayacağına dair söz verdiyini bildirib.

“Devrilən baş nazir Serj Sərksiyan açıq şəkildə Rusiya yönümlü siyasət aparırdı. İndi onun yerinə “Qazprom”un keçmiş top meneceri Karen Karapetyan gətirilib. Etiraz hərəkatı onların ikisini də “xalqdan aralanan hakim elitanın ən korrupsiyalaşmış nümayəndələri” hesab edir. Lakin Paşinyan üsyanının uğursuzluqla nəticələnməməsi və mövcud hökuməti tam yaxmaq üşün Rusiyadan vaz keçə bilməz. Rusiya prezidenti Vladimir Putin Karen Karapetyanla telefon danışığında açıq dillə may ayını 1-də parlamentdə baş nazirlik üçün səsvermənin qanuna uyğun şəkildə keçrilməsinin vacibiliyini söyləyib”, - yazıda deyilir.
“Paşinyan bütün tərəfləri, o cümlədən Rusiyanı xarici siyasətdə heç bir dramatik dəyişiklik etməyəcəyinə inandırmaq istəyir”, - İrəvanda yerləşən “Regional Studies Center” təşkilatını direktoru, politoloq, Riçard Kirakosyan qəzetə söyləyib.
Müəllif sonra belə bir nəticəyə gəlir: “Bundan daha öncəki Gürcüstan, Ukrayna və Qırğızıstanda baş verən demokratik inqilablar (qalib gəlsələr belə) məhz Moskvanın müdaxiləsi ilə büdrəməyə başladı. Rusiya ilə münasibətləri dəyişdirməyəcəyini bəyan edən Ermənistan bu qaydada istisna təşkil edə bilər”.

“Paşinyan faktiki olaraq qeyri-mümkün görünən bir şeyi edərək özü üçün böyük siyasi kapital toplayıb. O, kralı devirməyi bacarıb və indi getməkdə olan iqtidardan daha çox legitimliyə malikdir”, - erməni politoloq Baken Ter-Qriqoryan İsverəinin “Le Temps” qəzetinin yazarı Stefan Sioxanın məqaləsinə verdiyi rəydə bu sözləri söyləyib.

Ter-Qrioqryanın fikrincə, Paşinyan məharətlə geopolitik məsələləri siyasi etirazların gündəmindən kənar etməyi bacarıb. Bundan başqa, o, anti-Rusiya mövqeyindən əl çəkib.

“Ermənistanın xarici siyasətinin orientasiyası Paşinyan gəlsə də, dəyişən deyil”, - Ter-Qriqoryan bildirir.

Məqalə müəllifi Kremlin hadisələrlə bağlı təmkinli mövqe nümayiş etdirməsinə rəğmən artıq Rusiya emissarlarının İrəvana gələrək müxalifətin nümayəndələri ilə təmas qurduğunu vurğulayıb.

Musavat.com

Tarix: 28-04-2018, 16:48
Xəbəri paylaş





Xəbər lenti