Rusiya, İran və Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ


Rusiya, İran və Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ

Rusiya, İran və Türkiyə Suriya böhranının nizama salınması üzrə birgə işin pozulması cəhdlərinə qarşı duracaq.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astana prosesi çərçivəsində keçirilən görüşünün nəticəsinə görə bildirib.

Lavrov əlavə edib ki, Rusiya, İran və Türkiyə etnik və dini əlamətlər üzrə Suriyanı bölmək cəhdlərini qəbuledilməz hesab edir. O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşün sonunda Suriya böhranı ilə əlaqədar birgə bəyannamə qəbul etdiklərini açıqlayıb.

Lavrov Rusiya, Türkiyə və İranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Daha əvvəl Moskva bəyan edib ki, ABŞ Suriyada bu ölkənin parçalanması üzrə fəaliyyət aparır.

Qeyd edək ki, Suriya böhranının həlli üçün yaradılan Astana formatında Rusiya, İran və Türkiyə təmsil olunur.

Ömər Dağlı

Tarix: 28-04-2018, 16:57
Xəbəri paylaş





Xəbər lenti