Müharibə başlayır: ABŞ və İranın hərbi qüdrəti – Rəqəmlər



ABŞ və İran arasında qarşıdurma getdikcə güclənir. Prezident Donald Trampın mayın ortalarında İranla 5+1 formatında bağlanmış nüvə sazişindən çıxacağı xəbərləri yeni deyil.

Son günlər ABŞ-ın Şimali Koreya ilə münasibətləri yoluna qoymaq cəhdləri əslində bütün diqqəti İrana yönəltmək istəyindən doğur.

Fransa Prezidenti Makronun Vaşinqton səfəri, Trampla danışıqlar aparması Ağ Evin 5+1 formatında əldə olunan nüvə sazişindən çıxışını əngəlləmək məqsədi daşıyır.

Əgər qarşıda ABŞ-İran münasibətləri daha da gərginləşərsə, nüvə sazişi qüvvədən düşərsə, tərəflərin silaha əl atmaq ehtimalı gündəmə gələ bilər.

Teleqraf.com iki ölkənin hərbi potensialı ilə bağlı son rəqəmləri diqqətinizə çatdırır.

ABŞ-ın aktiv əsgər və hərbi qulluqçularının sayı 1.373.650 nəfərdir, İranın əsgər və hərbçilərinin sayı isə 534 mindir.

ABŞ-ın hərbi büdcəsi 910 milyard, İranın hərbi büdcəsi isə 6 milyard 300 milyon dollardır.

ABŞ-ın hərbi təyyarələrinin sayı 2296, İran hərbi təyyarələrinin sayı isə 137 ədəddir.

Tarix: 28-04-2018, 22:44
Xəbəri paylaş





Xəbər lenti