Diktatoru yönləndirən qadınlar: Əvvəl anası, indi bacısı - FOTOAR


Şimali və Cənubi Koreya liderlərinin 70 illik düşmənçiliyə son qoyaraq tarixi zirvədə bir araya gəlməsi dünya mətbuatının müzakirə etdiyi mövzulardandır.

Cebhe.info xəbər verir ki, xüsusilə Şimali Koreya lideri Kim Çen Inın səfər boyunca davranışları mətbuat tərəfindən diqqətlə izlənib. Diqqətçəkən məqamlardan biri Kim Çenı müşayət edən bacısının ona xidmət etməsi olub. 

Bütün görüş boyunca qardaşının yanından ayrılmayan 30 yaşlı Kim Yo In Koreya Əmək Partiyasının təbliğat direktorudur. Onun 2015-ci ildə evləndiyi, bir uşağının oduğu deyilir.


Bu arada diktatorun uşaqlıq dönəmini əks etdirən fotosu yayılıb. Fotoda gələcək lider dik duruşu ilə diqqət çəkir. Anası tərəfindən yönləndirilən Kim Çenə indi ana nəvazişini bacısı əvəz edir.

Xəzər

Tarix: 28-04-2018, 23:13
Xəbəri paylaş





Xəbər lenti