Lukaşenko Yerevandakı hadisələrdən narahatdır

 Belarus çiçəklənən bir diyara çevrilə bilər, ancaq bunun üçün qoyulan tapşırıqların icrasında intizamlı olmaq və gileylənməmək lazımdır.
Oxu.Az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Qolemsk vilayətinin sənaye sektoru təmsilçiləri ilə keçirdiyi toplantıda bildirib.
Aleksandr Lukaşenko  Ermənistan və Ukraynadakı hadisələrin Belarusda baş verməməsi üçün ölkədə əmək intizamının artırılmasını tələb edib.
“İntizam olmayacaq, “obyektiv səbəblər” axtarmaya başlayacaqsız, işiniz alınmayacaq. Bəsdir “əlimizdən gəlmir” deyə boşuna gəzib, gileyləndiniz. Ermənistan və Ukraynadakı kimi devrilənə kimi və ya  parça-parça olana kimi sızıldayası deyilik ki”, - deyə Lukaşenko bildirib.
Tarix: 28-04-2018, 23:55
Xəbəri paylaş





Xəbər lenti