Türk ordusu güclü, türk əsgəri peşəkar və… – Stoltenberq


Xüsusən terrorla mübarizədə Türkiyə İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya infrastruktur təmin etdi. Bunun üçün türk əsgərinə minnətdarıq.

Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Türkiyənin güclü bir ordusu var. NATO missiyaları və əməliyyatlarına dəstək verir. Əfqanıstandakı missiyamızın qabaqcıl dövlətlərindən biri olan Türkiyə yüzlərlə əsgər ilə illərdir ki, orada mövcuddur. Əfqanıstanda türk əsgərlərini şəxsən gördüm. Türk əsgəri həm peşəkar, həm də əzmkardır. Etdiklərindən təsirləndim”, – Stoltenberq deyib.

Tarix: 30-04-2018, 16:25
Xəbəri paylaş





Xəbər lenti