Rusiyaya pis xəbər: ABŞ Ukraynaya "Javelin"i göndərdi


ABŞ Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri göndərib.

APA-nın xəbərinə görə, detallar hələlik məlum deyil.

“Silahlar artıq göndərilib”, - deyə Dövlət Departamentinin rəsmi şəxslərindən biri söyləyib.

Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ hökuməti Ukraynaya letal (öldürücü) silahlar, o cümlədən "Javelin” tank əleyhinə raket kompleksinin verilməsi barədə qərar qəbul edib. 2018-ci il martın 2-də Dövlət Departamenti Ukraynaya 47 milyon dollar dəyərində 210 ədəd “Javelin” raketi və onlar üçün 47 buraxıcı qurğunun göndərilməsini bəyənib.

Xatırladaq ki, Barak Obama dövründə ABŞ Ukraynaya yalnız qeyri-letal hərbi sistemlər verirdi.

Tarix: 30-04-2018, 21:15
Xəbəri paylaş





Xəbər lenti