MKİ-nin uğursuz PLANI - Tramp Ben Ladenin həkimi üçün 2 dəqiqə İSTƏMİŞDİ


MKİ-nin uğursuz PLANI - Tramp Ben Ladenin həkimi üçün 2 dəqiqə İSTƏMİŞDİ

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Ben Ladenin öldürülməsinə kömək edən həkim Şakila Afridinin Pakistan həbsxanasından qaçışını hazırlayırdı.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə vəziyyətlə tanış olan iki müstəqil mənbə bildirib.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, MKİ həkimin Pişəvar şəhərindəki həbsxanadan qaçışını təşkil etməyə çalışıb. Lakin ISI (Pakistanın İdarələrarası Kəşfiyyat İdarəsi ) bu planın qarşısını alıb.

Bu informasiyanı agentliyin ikinci anonim mənbəyi də təsdiq edib.

Ötən həftə xəbər yayılıb ki, Afridi 2017-ci ilin dekabrında hazırlanmış qaçışa görə başqa həbsxanaya köçürülüb. Mənbələrdən birinin sözlərinə görə, ABŞ Afridinin verilməsi haqqında xahişlə Pakistana dəfələrlə müraciət edib. Bildirilir ki, xüsusi xidmət orqanları başqa məxfi agentlər arasında etibarını saxlamaq üçün öz informatorlarını müdafiə edir.

Mənbə həmçinin fərz edib ki, Afridinin ətrafında vəziyyət Amerika - Pakistan münasibətlərində əsas qıcıqlandırıcı məsələlərdən biridir.

Pakistan hərbçiləri hesab edirlər ki, Afridinin verilməsi bu ölkənin müstəqilliyini pozacaq və ABŞ-ın kəşfiyyat fəallığını artıracaq.

Pakistan hətta onu Aafii Siddiki (Əfqanıstanda ABŞ hərbçilərinə hücumda ittiham olunaraq 86 il azadlıqdan məhrum edilən pakistanlı alim - red.) ilə dəyişməkdən imtina edib”, - agentliyin həmsöhbəti əlavə edib.

2011-ci ilin mayında Ben Ladenin öldürülməsindən sonra Amerika KİV-i yazırdı ki, həkim Şakila Afridi MKİ-nin tapşırığı ilə “Əl-Qaidə” liderinin yaşadığı evə girib. Həkim müxtəlif bəhanələrlə terrorçunun ailə üzvlərinin dezoksiribinuklein turşusunun nümunələrini alıb.

Keçmiş dövlət katibi Hillari Klinton və sabiq müdafiə naziri Leon Panetta Ben Ladenin aradan götürülməsində Afridinin xidmətini açıq etiraf edirdilər. “Əl-Qaidə” liderinin tutulması üzrə əməliyyatın Pakistan ərazisində İslamabaddan xəbərsiz həyata keçirilməsi kəskin narazılıq doğurmuş və əməliyyat ikitərəfli münasibətləri ciddi kəskinləşdirmişdi.

Afridi 2011-ci ilin mayında saxlanılıb. Bir il sonra onu 33 il azadlıqdan məhrum etdilər, sonra isə bu müddət 23 ilə qədər azaldıldı. ABŞ Afridinin azad edilməsinə çalışır. 2016-cı ilin aprelində Donald Tramp seçki kampaniyasının gedişatında bildirmişdi ki, “iki dəqiqə ərzində” buna nail olacaq. Ancaq Afridinin azad edilməsi cəhdləri bu günə kimi nəticəsiz qalır.

Tarix: 30-04-2018, 21:59
Xəbəri paylaş





Xəbər lenti