İsrail parlamenti müharibə haqqında qanun qəbul etdi


İsrail parlamenti – Knesset dar hərbi-siyasi kabinetə müharibə elanı və ya böyük hərbi əməliyyatlar üzrə səlahiyyətlər verən qanunu ikinci və üçüncü oxunuşlarda təsdiq edib.

 

Virtualaz.org bildirir ki, xəbəri Newsru.co.il yayıb. Qanuna əsasən, fövqəladə hallarda baş nazir və müdafiə naziri Kabinetin razılığını almadan müharibə elan etmək haqqında qərar qəbul edə biləcəklər.

 

Xatırladaq ki, indiyədək qüvvədə olan qanun analoji qərarların bütün hökumət tərəfindən qəbul olunmasını tələb edirdi.

Tarix: 1-05-2018, 08:42
Xəbəri paylaş





Xəbər lenti