Putinizim İrəvanda can verdi: Putinin vassalları getdi - Artsruni

 Ermənistanda baş verən hadisələr Putinin qurduğu siyasi modelə artıq geridönməz bir zərbə vurdu – hətta yeni hökumətin yürüdəcəyi siyasətindən asılı olmayaraq.
Axar.az xəbər verir ki, bu sözləri erməni analitik Sərkis Artsruni öz məqaləsində yazıb. O qeyd edib ki, putinizm – avtoritar idarəetmə sistemidir, elə bir modeldir ki, hər zaman hakimiyyət və onun aqressiv ideologiyası təbliğ edilir. Ermənistanda son bir ayda baş verənlər bu idarəetmə modelinə birbaşa ağır zərbə vurdu:
“Serj Sərkisyanın sistemi Putin siyasi modelinin bir versiyası idi, siyasi və ideoloji baxımdan necə kasad olduğunu üzə çıxardı. İndi Sərkisyanın Respublika Partiyası öz siyasi perspevtivi üçün qərar verməlidir.
Hakimiyyətin dəyişməsi prinsipi Ermənistanda məxməri inqilabın çiçəklənməsi üçün açar rolunu oynayır.
Digər tərəfdan, Aİİ və KTMT subyektlərində faktiki olaraq avtoritar liderlərdir. Beləliklə də Putin sisteminə daha bir zərbə dəyir. Çünki Ermənistanda xalqı ifadə edən hakimiyyət Avrasiya avtoritarlarının klubunun üzvü ola bilməz”.
Artsruni bildirib ki, siyasi nöqteyi-nəzərdən də Putin sistemi İrəvan küçələrində can verdi:
“Əgər məxməri inqilabın ilk mərhələsində Serj Sərkisyan vəzifəsini itirdisə, inqilabın son akkordları bütövlükdə Rusiya vassalının simvolu olan Karen Karapetyanın perspektivini bağladı”.
Tarix: 1-05-2018, 09:47
Xəbəri paylaş





Xəbər lenti