“Bu, müharibənin qarşısını almaq üsuludur” – Baş nazirdən DƏHŞƏTLİ PROQNOZ


“Bu, müharibənin qarşısını almaq üsuludur” – Baş nazirdən DƏHŞƏTLİ PROQNOZ

İranın hərəkətləri Yaxın Şərqdə müharibəyə gətirib çıxara bilər.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində bildirib.

İran-İsrail münasibətlərindəki indiki böhranın müharibəyə çıxarıb-çıxarmayacağı barədə suala cavab olaraq, baş nazir bildirib ki, hadisələrin belə inkişafını heç kim arzu etmir.

“Yalnız İran regionda oyun qaydalarını dəyişməyə çalışır. Yalnız İran Yaxın Şərqdə hər dövlətlə bağlı təcavüz siyasətini nümayiş etdirir”, - hökumət başçısı deyib.

O dünya dövlətlərini İrana təzyiq göstərməyə çağırıb. Netanyahunun sözlərinə görə, bu, müharibənin qarşısını almaq üsuludur.

“Tarix bizə öyrədir ki, zülm və təcavüzün qarşısının erkən mərhələlərdə alınması, faciənin qarşısını alır. Və əgər siz bunu etmirsinizsə, onda bədbəxtliyə səbəb olursunuz”, - o əlavə edib.

Netanyahu İsraildə nüvə arsenalının mövcudluğu haqqında suala birbaşa cavabdan yayınıb.

“Biz həmişə deyirik ki, ona birinci əl atmayacağıq”, - baş nazir yekunlaşdırıb.

Qeyd edək ki, dünən İsrailin baş naziri Benyamin Netanyahu İsrail kəşfiyyatının İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etdiyini açıqlayıb. Hökumət başçısı deyib ki, İsrailin sərəncamına 100 min sənəd düşüb. Onun sözlərinə görə, sənədlər İranın “Amad layihəsi” kod adının altında nüvə proqramına dair məxfi hərbi plana malik olduğunu göstərir.

"Bu fayllar inandırıcı şəkildə sübut edir ki, İran onda heç vaxt hərbi nüvə proqramının olmadığını yalan deyib", - Netanyahu bildirib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl İsrail kəşfiyyatı İranda "Əhməd" adlı layihənin olduğunu sübut edən 55 səhifəlik mətn sənədləri də daxil olmaqla yarımton material əldə edib.

Netanyahu İranı nüvə barədə sövdələşmədən sonra "hərbi nüvə "know how"sunu saxlamaq və genişləndirməkdə" ittiham edib.

İranın xarici işlər nazirinin müavini Abbas Araqcı İsrailin baş naziri Binyamin Netanyahunun Tehranın hərbi nüvə sahəsində əldə etdiyi nailiyyətlər barədə bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə deyib ki, İsrailin Tehranda gizli hərbi nüvə proqramının olmasına dair ittihamları "köhnədir" və ötən illərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən baxılıb".

Ağ Ev isə İsrailin İranın nüvə silahı işləyib hazırlamasına dair bəyanatı təsdiq edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 12-də nüvə sazişindən çıxıb-çıxmamaq barədə son qərarı açıqlamalıdır.

Tarix: 2-05-2018, 00:14
Xəbəri paylaş





Xəbər lenti