Ermənistan yeni baş nazirini bu tarixdə seçəcək - Babloyan AÇIQLADI


Ermənistan yeni baş nazirini bu tarixdə seçəcək - Babloyan AÇIQLADI

Ermənistanda növbəti baş nazir seçkiləri 8 maya təyin edilib.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ara Babloyan deyib.

Babloyan bildirib ki, “Ermənistan parlamentinin reqlamenti haqqında” qanunun 140-cı maddəsinin 3-cü müddəasına uyğun olaraq, baş nazir seçkiləri mayın 8-də saat 12:00-da parlamentin xüsusi iclasında keçiriləcək.

Qeyd edək ki, mayın 1-də Ermənistan parlamentində keçirilən baş nazir seçkiləri nəticəsiz başa çatıb. Baş nazirliyə yeganə namizəd olan “Elk” fraksiyasının lideri Nikol Paşinyan lazım olan 53 səsi toplaya bilməyib. Bundan sonra Paşinyanın liderliyi altında kütləvi aksiyalara yenidən strat verilib. Etirazçılar hakim Respublika Partiyasının tamamilə istefa verməsi tələbi ilə çıxış edirlər.

Tarix: 2-05-2018, 16:46
Xəbəri paylaş





Xəbər lenti