MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN “DİREKTOR” ƏMƏLİYYATI –Xanım Haspeli 9 mayda nə gözləyir?



Sərdar TURQUT,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 02 may 2018-ci il

 

Pompeonun Xarici işlər naziri olmasından sonra boşalan Mərkəzi Kəşfiyyat İdarəsinin (The Central Intelligence Agency) direktoru kreslosuna namizəd kimi göstərilən Gina Haspelin rəsmi təyinatı üçün Senatın Kəşfiyyat komitəsinin onu sorğuya çəkməsi 9 mayda olacaq.

 

Qaranlıq mərkəz

 

Namizəd kimi adı açıqlanar-açıqlanmaz, Corc W. Buşun prezidentliyi dövründə Tailanddakı “qaranlıq” bir əməliyyat mərkəzinin rəhbəri olan Gina Haspelin o məxfi mərkəzə müxtəlif yerlərdən gizlicə gətirilən “əl-Qaidə”yə mənsub döyüşçülərə istintaq zamanı “işgəncə” üsulları tətbiq etdirdiyi haqqında danışılmağa başlanmışdı.

Bundan başqa, o mərkəzə aid olan sənədlərin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) mərkəzi ofisinə gətirilməsindən sonra onların ortadan qaldırılmasını da Haspelin etdiyi iddia olunurdu.

Senatın Kəşfiyyat komitəsinin Haspeli sorğuya çəkməsi zamanı bu iki məsələnin də ortaya çıxacağı və bu üzdən senatorların onun təyin olunmasına səs verməyəcəyi söylənilirdi.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin imicdüzəltmə əməliyyatı

 

Bu səbəbdən, Vaşinqtonda MKİ qaynaqlı bir imicdüzəltmə əməliyyatı başladılıb. Söhbət MKİ direktoru kreslosuna oturacaq namizəddən getdiyinə görə, bu, elə də sürpriz sayılmamalıdı.

İlk öncə, sabiq MKİ direktorlarının və kəşfiyyat dairələrinin hörmətli şəxslərinin imzaladığı, bir növ, Haspelə dəstək məktubu nəşr edilib.

Sonra da MKİ-nin o sənədlərin yox edilməsinə görə Haspelin heç bir məsuliyyət daşımadığını göstərən bir təhqiqatının mətni mətbuata sızdırılıb. 2011-ci il tarixli, o dövrün MKİ direktor müavini olan Maykl Morelin imzasını daşıyan sənəddə həmin mərkəzə aid sənədlərin Haspelin məlumatı olmadan məhv edildiyi göstərilir.

 

Dolaşan son məlumat

 

Bütün bunlardan sonra indi də sorğuya çəkmə tarixi tam yaxınlaşmışkən, Vaşinqtonda yeni bir məlumat dolaşmağa başlayıb.

Haspelin Senatın Kəşfiyyat komitəsindəki senatorlarla təkbətək keçirdiyi “razısalma görüşləri”ndə onlara MKİ-nin bir daha bu cür üsullardan istifadə etməyəcəyinə təminat verdiyi və bunu komitənin önündə sorğuya çəkildiyi zaman rəsmi olaraq da qeyd etdirəcəyi vurğulanır.

Bütün bu imicdüzəltmə prosesinin Haspelin vəzifəyə təyin olunmasını təmin edib-etməyəcəyi 9 may günü keçiriləcək komitə toplantısında bəlli olacaq.

Tarix: 3-05-2018, 07:45
Xəbəri paylaş





Xəbər lenti