Kremldən İrəvana ölümcül zərbə: “Müttəfiqlərin qəribə oyunu” – Video



Bu günlərdə “Analitika Yuqa Rossii” agentliyinin Yutub kanalında Rusiya-Ermənistan münasibətlərini tamamilə fərqli prizmadan göstərən sənədli film nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, film aydın səmada ildırım effekti doğurub.

Məsələ ondadır ki, Rusiya-Ermənistan münasibətləri hər zaman tarixi müttəfiqlik kimi xarakterizə olunub. Lakin ilk dəfə bu filmdə Rusiya-Ermənistan münasibətlərinin, daha doğrusu, Ermənistanın Rusiyaya münasibətinin iç üzü açılır.

Filmin adı da bir çox mətləblərdən xəbər verir. “Tarixi müttəfiqlərin qəribə oyunları” (“Strannıe skrepı istoriçeskix soyuznikov”) adlanan filmdə tarixən formalaşmış Rusiya-Ermənistan münasibətlərinə fərqli baxış ortaya qoyulur. Film Ermənistandakı cari siyasi proseslər fonunda olduqca cəlbedici görünür.

Filmin ideya müəllifi müstəqil jurnalist, Rusiya Jurnalistləri İttifaqı mükafatının laureatı, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylovdur.

Teleqraf.com sözügedən filmi təqdim edir.


Tarix: 3-05-2018, 21:59
Xəbəri paylaş





Xəbər lenti