Terrorçulardan Putinin inauqurasiyasına sürpriz... - GÖZLƏNİLMƏZ...







Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təhlükəsizlik strukturu Rosqvardiya atom elektrik stansiyaları rəhbərlərinə və ətrafda yerləşən yaşayış məntəqələrinə xəbərdarlıq göndərib.

KİV-in məlumatına görə bu gün axşama yaxın Sosnovıy Bordakı Leninqrad atom stansiyasının təhlükəsizlik xidmətinin rəisi Rusiya atom elektrik stansiyalarının birində terror aktının olacağı barədə xəbərdarlıq alıb.

“Xəbəri Moskvadakı Milli qvardiyanın Federal xidmət qoşunlarının 95-ci diviziya idarəsi yayıb. İdarə mümkün təhlükənin mənbəyini  göstərib. İlkin məlumatlara görə, ola bilsin ki, yaraqlılar Moskva vilayətində 37 yaşlı bir qadının adına qeydiyyatda olan qəhvəyi rəngli "Renault Fluence"dən istifadə etsinlər”.

Xəbər verilir ki, atom elektrik stansiyaları terrorçuları prezident Vladimir Putinin 7 mayda keçiriləcək inauqurasiyası ərəfəsində maraqlandırıb. Hal-hazırda xüsusi xidmət orqanları, o cümlədən Rosqvardiya yüksək döyüş hazırlığına gətirilib...
Tarix: 5-05-2018, 07:36
Xəbəri paylaş





Xəbər lenti