Rusiya anons etdi: "Səsdən 10 dəfə sürətli raketlər..."


Rusiyanın havadan atılan və səsdən 10 dəfə sürətli olan "Xəncər" raket sisteminin bir hissəsi MİQ-31K qırıcı təyyarələrinə yüklənib.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov “Zvezda” televiziyasına açıqlamasında deyib.

“Sözügedən raketlərin xəyal məhsulu olmadığının sübutu kimi hazırda bu raketləri daşıyan 10 təyyarə var və vəziyyətdən asılı olaraq onlardan istifadə etməyə hazırdırlar”,-deyə o bildirib.

Borisov həmçinin bu raketlərin ciddi döyüş potensialına malik olduğunu deyib və onları zərərsizləşdirməyin mümkünsüzlüyünü vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ilk dəfə mart ayında "Xəncər" raketlərinin istehsalından danışmışdı.

Tarix: 5-05-2018, 22:10
Xəbəri paylaş





Xəbər lenti