Ermənistanda şagirdləri mitinqə buraxmayan direktor işdən qovuldu


 

Yerevanda Monte Melkonyan adına 11 saylı məktəbin direktoru Ruzanna Azizyan şəhər merinin qərarı ilə vəzifəsindən azad edilib.

Virtualaz.org bildirir ki, bu barədə “Radio Azatutyan” məlumat yayıb.

Yeri gəlmişkən, mayın 4-də məktəbin qarşısında Ruzannanın istefası ilə bağlı etiraz aksiyası da keçirilmişdi.

Bütün bunlara səbəb isə direktorun şagirdləri mitinqə buraxmaması olub.

Belə ki, Azizyan etiraz aksiyalarının lideri Nikol Paşinyanın təşkil etdiyi mitinqə şagirdləri buraxmayaraq onları məktəbdə saxlayıb.

Tarix: 6-05-2018, 15:00
Xəbəri paylaş





Xəbər lenti