İsrailin F-16 təyyarəsini vuran heyət yox edildi


İki ay əvvəl Suriyaya qarşı hava reydləri zamanı İsrailin F-16 təyyarəsini vuran suriyalı zenitçilər sirli partlayış nəticəsində yox edilib.

Ərəb KİV-ləri xəbər verir ki, Suriya ordusunun 150-ci Havadan Müdafiə briqadasının S-200 zenit-raket kompleksinin heyəti Suveyda-Dəməşq yolunda baş vermiş partlayış nəticəsində həlak olub. Partlayışın zenit-raket kompleksinin heyətini daşıyan yük maşınında baş verdiyi bildirilir. Nəticədə 8 nəfərlik heyət üzvü, o cümlədən hərbi mühəndislər həlak olublar. Partlayışın səbəbləri barədə heç nə deyilmir.


Tarix: 7-05-2018, 16:46
Xəbəri paylaş





Xəbər lenti