Rusiyaya qarşı plan hazırlanır – Bu tarixdə ELAN EDİLƏCƏK


Rusiyaya qarşı plan hazırlanır – Bu tarixdə ELAN EDİLƏCƏK

Ukrayna prezidentinin Krım üzrə nümayəndəliyi Rusiya təcavüzünün qarşısının alınması üçün təcili tədbirləri nəzərdə tutan planın layihəsini hazırlayıb.

Publika.az xəbər verir ki, bu haqda “Obozrevatel” nəşrinə açıqlamasında Krım Muxtar Respublikasında Ukrayna prezidentinin daimi nümayəndəsi Boris Babin bildirib.

Onun sözlərinə görə, sənəd cari ilin iyununda təsdiq edilə və elan oluna bilər. Boris Babin qeyd edib ki, layihədə Krımda gəmiçilik və infrastruktur layihələri sahəsində təcavüzkar siyasətin qarşısının alınması, həmçinin Ukrayna dövləti, vətəndaşları və şirkətlərinin 2018-2019-cu illərdə Krımda maraqlarının müdafiəsi yer alıb.

Daha əvvəl Krım Tatar Milli Məclisinin sədri, Ukraynanın Ali Radasının üzvü Refat Çubarov bildirib ki, Rusiya işğalçı ölkə kimi Krım körpüsünü beynəlxalq konsorsiuma verməlidir.

“Körpü Rusiyanın Ukraynaya vurduğu zərərin ödənilməsinə böyük təzminatın yalnız bir hissəsidir”, - o deyib.

Tarix: 7-05-2018, 16:55
Xəbəri paylaş





Xəbər lenti