Karen Karapetyan istefa verdi


Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyan istefa verib.

Bunu o, özünün “Facebook” səhifəsində yazıb.

K.Karapetyan ölkənin yeni baş naziri Nikol Paşinyanı təbrik edib: “Hamınıza tənqidinizə, ruhlandırıcı sözlərinizə və dəstəyinizə görə təşəkkür edirəm. Bu çox maraqlı və məsuliyyətli dövr idi. Yeni baş naziri təbrik edirəm. Ona və sonrakı baş nazirlərə uğurlar arzulayıram”.

Tarix: 8-05-2018, 16:41
Xəbəri paylaş





Xəbər lenti