Putinin növbəti 6 ili: Qərb heç bir dəyişikliyin olmayacağından narahatdır - FOTOLAR


Rusiya prezidenti Vladimir Putin may ayının 7-də and içərək, rəsmən 4-cü prezidentlik dövrünə qədəm qoydu.

Dünya mətbuatı 2008-ci ildən bu yana Qərblə qarşıdurma kursunu götürən Rusiya prezidentinin bundan sonra da dəyişməyəcəyi, düşmənlərini dünyanın hər yerində təqib edəcəyi, prolemləri həll etmək yerinə yeniləri ilə əvəz edəcəyi, daxildəki opponentləri isə əzəcəyi düşüncəsindədir.

“Vladimir Putinin 77%-lik səslə qalib gəldiyi seçkiləri heç də təmiz saymaq olmaz. Lakin onun onsuz da belə manipulyasiyalara ehtiyacı yox idi”, - Almaniyanın “Tageszeitung” qəzetindən Klaus Helge Donat yazır.

Jurnalistin fikrincə, Putinin gücü Rusiyada qürur hissini formalaşdırmasından ibarətdir: “Rusiyanın ÜDM-i heç İtaliyanı belə, ötmür. ABŞ-ın son sanksiyaları isə onsuz da Krımdan sonra bərbad vəziyyətə düşən iqtisadiyyatı daha da pisləşdirib. Lakin bununla bərabər rusiyalılar vəziyyətin daha da pisləcəyindən ehtiyat etsələr də, yenə də ona qarşı hiddətlərini dilə gətirmirlər”.

russia-protests-reuters-759.jpg (64 KB)

Müəllifin fikrincə, bu, Kreml üçün uduzulmayacaq oyunu vəd edir: “Putin bundan sonra xarici siyasətdə heç nə edən deyil. İstər Ukrayna, istər Suriya, istərsə də Solsberi (Sergey Skripalın zəhərlənməsi hadisəsi nəzərdə tutulur)... Daxili siyasətdə bu cür münaqişələr əhalinin diqqətini sosial-iqtisadi problemlərdən yayındırır. Bu, o deməkdir ki, növbəti dövrdə də hansısa yumşalmadan söhbət gedə bilməz. Putinin sistemi daim yenilənən və mövcud olan qarşıdurmalardan asılı olaraq işləyir. Elə növbəti illərdə də müxtəlif dərəcədə yeni münaqişələrin şahidi olacağıq”.

Böyük Britaniyanın “The Telegraph” qəzeti də Putinin andiçmə mərasimi və ondan daha öncə Aleksey Navalnının tərəfdarları tərəfindən təşkil edilən eitraz aksiyaları ilə bağlı məqalə dərc edib: “Ruslar sərt lideri sevirlər və Putin də tam buna layiq olmağa çalışır”.

868664.jpg (146 KB)

Qəzet etiraz elektoratının gücsüz vəziyyətinə diqqət çəkib: “Bu etirazlar Putinin hakimiyyətindən kütləvi narazılığın yüksələn dalğasından daha çox opponentlərin qışqırığına bənzəyir. Ruslar Putində milli qüruru dirçəldən və Rusiyanın düşmənlərinə qarşı dayanan adamı görürlər. Lakin əgər Putin olmasaydı, Rusiyanın düşmənləri də az olardı”.

“Putin üçün Qərblə qarşıdurma həmvətənlərini ətrafına toplamaq üçün istifadə etdiyi rıçaqdır. Lakin onun sayəsində Rusiyanın düşdüyü böhranları ABŞ və Avropasız həll etmək də mümkün deyil”, - “Sueddeutsche Zeitung” qəzetindən Yulian Hans yazır.

2018-05-07T122806Z_1_LYNXMPEE460T7_RTROPTP_3_RUSSIA-PUTIN-INAUGURATION-701x489.jpg (52 KB)

“Vladimir Putinin qarşısında duran problemlərin ümumi bir mövzusu olur - nəyisə sona qədər çatdırmaq zərurəti... Son illərdə isə o, hədəfə çatmaqdıqda yeni problemlər yaradır. Krım, onun arxasınca Donbas, daha sonra Suriya, ABŞ-dakı prezident seçkilərinə müdaxilə və s… Bu problemlərdən heç birinin ABŞ və Avropasız həlli yoxdur. Putin öz-özünü bu dalana dirəyib”, - jurnalist qeyd edir.

İsveçərinin “Tages-Anzeiger” qəzetinin yazarı Sita Affentranger isə Vladimir Putinin bundan sonra əsas baş ağrısının Rusiyanın gəncliyi olacağını düşünür.

“Putin onları dövlət televiziyasının köməyi ilə ələ ala biləz. Gənclər smartfonlar və sosial şəbəkələrlə özlərinə yeni bir dünya açıblar. Kreml isə “Telegram” kimi messencerləri bağlayaraq, bütün qapıları mismarlamaqla məşğuldur”, - deyə yazıda bildrilir.

Musavat.com

Tarix: 9-05-2018, 14:14
Xəbəri paylaş





Xəbər lenti