“İŞİD-də Səudiyyə Ərəbistanı ilə Fransadan olan əmirlər...” - YAXALANAN TERRORÇUDAN ŞOK İFADƏ


“İŞİD-də Səudiyyə Ərəbistanı ilə Fransadan olan əmirlər...” - YAXALANAN TERRORÇUDAN ŞOK İFADƏHurriyyet.org xəbər verir ki, Türkiyənin Hatay vilayətində yaxalanan İŞİD terrorçusu, suriyalı Həsən Məhəmməd N. polis idarəsində verdiyi ifadəsində İŞİD-ə qoşulan fransalı kompüter mütəxəssisləri ilə səudiyyə ərəbistanlı maliyyə mütəxəssislərinin əmir olduqlarını bildirib.
Həsən Məhəmməd N. qaçaq yollarla Türkiyə sərhədini keçərək Hatay vilayətinə gəldiyi zaman, Hatay rayon kəşfiyyat şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Tel Rıfat, Azez, Cerablus və Deyr əz-Zor bölgələrində İŞİD sıralarında döyüşüb.
İŞİD üzvü olduğunu etiraf edən Həsən Məhəmməd N. deyib: “2013-cü ildə İŞİD-ə qoşuldum. Mənimlə bağlı bir ay davam edən geniş araşdırmadan sonda hərbi və dini təlim keçdilər. Təlim keçirilən qrupun içərisində Rusiya, İordaniya və Livandan gələn şəxslər var idi. Silahlı təlimdən sonra o dövrdə Suriya dövlərinin nəzarətində olan Tel Rıfatdakı Minnağ hava limanının mühasirəsində xidmət elədim. Hava limanı alındıqdan sonra İŞİD-in bir hərbi qrupu ilə birlikdə Azezə getdim. Burada da 7 ay qaldım və Deyr əz-Zora yollandım. Orada qolumdan yaralandım. Əbu Kamal bölgəsində İŞİD tərəfindən əməliyyatım və müalicə edilməyim təşkil edildi. İŞİD üzvü olduğum dövrdə 90 dollar aylıq maaş alırdım. Türkiyəyə terror məqsədilə yox, həyatımı yenidən qurmaq üçün gəlmişəm.
Dünyanın hər tərəfindən mütəxəssislər İŞİD-ə qoşulduqdan sonra seçilir və onlarla vəzifə tapşırılırdı. Məsələn, fransız kompüter mütəxəssisləri, Səudiyyə Ərəbistanından olan maliyyə mütəxəssisləri İŞİD daxilində əmir kimi vəzifə sahibi idilər”.




Tarix: 9-05-2018, 21:25
Xəbəri paylaş





Xəbər lenti