Ermənistanda böhranın ikinci dalğası - Vəzifə davası

 Qagik Çarukyan Nikol Paşinyana hökumətdə ancaq yüksək postlar veriləcəyi halda təmsil oluna biləcəklərini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti yazıb.
“Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan partiyasının üzvləri ilə görüşüb. O, görüşdə partiyadaşlarının diqqətinə çatdırıb ki, yeni hökumətdə yalnız yüksək və strateji postlarda təmsil olunmaq imkanı veriləcəyi halda iştirak edəcəklər. Çarukyan bunu yeni baş nazir Nikol Paşinyana da çatdırıb. Lakin Qagik Çarukyanın Paşinyandan hansı postları istədiyi məlum deyil. Amma dəqiq olan budur ki, Paşinyan hələ Serj Sərkisyanı yola salmamışdan əvvəl Çarukyana hökumətdə təmsil edilmək vədini verib”, - deyə qəzet bildirir.Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i Nikol Paşinyanın əsas müttəfiqi Qagik Çarukyanın partiyasının hökumətdə yer almayacağını bildirmişdilər. Mənbələr bunu keçmiş baş nazir Serj Sərkisyana qarşı olan müttəfiqlərin münasibətlərinin pozulması ilə əlaqələndirirdilər. Münasibətlərin pozulmasından sonra Paşinyan onunla bütün əlaqələrini kəsib. Əlaqələrin qırılmasına gəlincə, bu, tərəflər arasında hökumət strukturlarının bölüşdürülməsi məsələsindəki anlaşılmazlıqla izah edilir.
Tarix: 10-05-2018, 09:40
Xəbəri paylaş





Xəbər lenti