ABŞ-dan İran ordusunun əsas gücünə AĞIR ZƏRBƏ


ABŞ-dan İran ordusunun əsas gücünə AĞIR ZƏRBƏ

ABŞ və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran İslam İnqilabı Keşikçilər Korpusun maliyyələşdirilməsinə yönəldilən maliyyə sxeminin ləğv edilməsi üçün tədbir görüb.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın Maliyyə Nazirliyinin xəbərində deyilir.

“ABŞ və BƏƏ valyuta mübadiləsinin geniş şəbəkəsini dağıtmaq üçün bu gün birgə hərəkətlərə təşəbbüs edib. Korpus və onun nəzarətində olan regional təşkilatlar zərərli fəaliyyətin maliyyələşdirilməsi üçün milyonlarla dollar əldə edir və köçürürdü. Bu səylər çərçivəsində ABŞ Maliyyə Nazirliyinin xarici aktivlər üzərində nəzarət üzrə ofisi İranda 9 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına daxil edib. İranın Mərkəzi Bankı bu sxemdə İran İslam İnqilabı Keşikçilər Korpusu ilə şərik idi və valyuta mübadiləsini fəal dəstəkləyir, korpusun maliyyə vəsaitlərinə girişinə kömək edirdi. Şəbəkə yüz milyonlarla dolların kuryerlər tərəfindən çatdırılmasını həyata keçirirdi”, - ABŞ-ın Maliyyə Nazirliyinin xəbərində qeyd edilib.

Maliyyə naziri Stiven Mnuçin qeyd edib ki, ABŞ mənbə və vasitələrin hərəkət istiqamətindən asılı olmayaraq, İran İslam İnqilabı Keşikçilər Korpusun maliyyələşdirilməsinin mənbələrini kəsmək niyyətindədir. Onun sözlərinə görə, korpusun qanuni dollar maliyyələşdirilməsinə girişi Amerikanın tətbiq etdiyi sanksiyalara görə kəsilb.

Qeyd edək ki, bu gün ABŞ İran İslam İnqilabı Keşikçilər Korpusuna qarşı sanksiyaları genişləndirib. Sanksiyalar siyahısına 6 fiziki və 3 hüquqi şəxs əlavə edilib.

Sanksiyalara məruz qalan İran İslam İnqilabı Keşikçilər Korpusu Hərbi-Dəniz Qüvvələri, Hərbi-Hava Qüvvələri və quru güclərinin bölmələri daxil olmaqla, 100 mindən çox şəxsi heyətə malikdir. Korpus İran ordusunun əsas zərbə gücü hesab olunur.

Mayın 8-də ABŞ-ın Donald Tramp İranla nüvə razılaşmasından çıxdığını elan edib. Tramp söz verib ki, tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək.

Tarix: 10-05-2018, 22:59
Xəbəri paylaş





Xəbər lenti