Tramp-Kim Çen görüşü: iki fərqli gözlənti.. - Yarıgin

 Bu, iki fərqli gözləntinin olduqca maraqlı görüşü olacaq.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Qriqori Yarıgin Tramp-Kim Çen arasında baş tutacaq görüşlə bağlı açıqlamasında deyib.
“Tramp Koreya liderinin sıxışdırdığı hissi ilə görüşlərə başlayır. Yəni dolayısı ilə bu görüşdə qalib tərəf kimi hərəkət etməyə üstünlük verəcək. Eyni zamanda, Kim Çen İn də ABŞ-ın onunla bərabər səviyyədə danışmağa məcbur olduğunu düşünür. Trampın əsas məqsədi burada Şimali Koreyanı nüvə proqramından imtinaya vadar etməkdir”, - deyə Yarıgin bildirib.
Qeyd edək ki, tərəflərin 12 iyunda Sinqapurda bir araya gələcəyi gözlənilir.
Tarix: 10-05-2018, 23:04
Xəbəri paylaş





Xəbər lenti