Merkel: "Avropa artıq ABŞ-a ümid bəsləməməlidir"


Almaniya kansleri Angela Merkel bəyan edib ki, Avropa artıq ABŞ-a ümid bəsləməyə son qoymalıdır. APA-nın “Sptunik International”a istinadən verdiyi xəbərə görə, Almaniya kansleri bu sözləri ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edərkən deyib.

 “ABŞ artıq bizi qorumaq iqtidarında deyil, Avropa öz taleyini özü həll etməlidir, bu bizim gələcəyə olan vəzifəmizdir”, - deyə Merkel qeyd edib.

 A.Merkel bundan əvvəl Almaniyanın İranla nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdə davam edəcəyini bəyan edib.

 Onun sözlərinə görə, ABŞ-ın sövdələşmədən çıxması böyük əhəmiyyət kəsb edir.

 Qeyd edək ki, D.Tramp iyunun 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.

Tarix: 11-05-2018, 09:42
Xəbəri paylaş





Xəbər lenti