Türkiyə ordusunun yüzlərlə hərbçisi tutuldu - Qəfil əməliyyat

 Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib

Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən FETÖ terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib. Sputnik Azərbaycan "Son Dakika"-ya istinadən xəbər verir ki, hərbçilərə qarşı əməliyyat bu gün Bakı vaxt ilə 05:00-da başlayıb.

Əməliyyat İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında keçirilib. Ümumilikdə 300 hərbçi saxlanılıb. Onlardan 211-i yüksək vəzifəli zabitdir. Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib.



Tarix: 11-05-2018, 13:49
Xəbəri paylaş





Xəbər lenti