Ermənistanda yezidilər etiraza qalxdı: Yerevan-Vanadzor yolu bağlandı

 

Bu gün Ermənistanda Alaqyaz kəndinin fermerləri Yerevan-Vanadzor avtomobil yolunu bağlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yezidilərin yaşadığı kənd əhalisi südün gündəlik satınalma qiymətinin ucuzlaşmasına etiraz ediblər.

Fermerlər bildiriblər ki, şirkət əvvəl südün bir litrini 180 drama alırdı. İndi isə 110 dram təklif edilir. Onlar Araqaçotinski vilayətinin qubernatoru və Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə görüş tələb edirlər.

Tarix: 11-05-2018, 20:09
Xəbəri paylaş





Xəbər lenti