DÜNYA BÖYÜK MÜHARİBƏNİN BİR ADDIMLIĞINDA!!!


İSRAİLLƏ İRAN SURİYA ƏRAZİSİNDƏ SAVAŞIRLAR !!!

ABŞ prezidenti Donald Trampın İranla bağlanmış “nüvə” müqaviləsindən çıxmasını bəyan etməsindən bir neçə saat sonra, İran silahlı qüvvələrinin Suriyadan İsrailə 17 raket atıldığı və ardınca da, İsrail təyyarələri tərəfindən İranın Suriyadakı hərbi obyektlərinin bombardman edildiyi bildirilir. Hal-hazırda isə Suriya ərasizində İranla İsrail hərbi qüvvələri arasında sıcaq toqquşmalar davam etməkdədir.

Bu arada Ağ Evdən İsrailin atdığı addımların tam dəsləndiyini bildirən açqlamanın ardınca, Kremlin də cavabı özünü çox gözlətməyib. Moskva, artıq sıcaq toqquşmalarla müşayiət olunan bu qarşıdüumada İranın yanında olduğunu bəyan edib.

Hadisələrin bu yöndə inkişafını, ekspertlər, dünyann böyük müharibənin bir addımlığında dayandığı kimi dəyərləndirirlər. Bir sözlə, bəşəriyyət nəfəsini sıxaraq olub-bitənləri böyük təlaş içərisində həyacanla izləməkdədir. 

Alovlanmaqda olan bu silahlı münaqişəyə, hazırda Suriyada hərbi əməliyyatlar keçirən Türkiyənin münasibəti haaqında heç bir məlumat verilməsə də, R.T.Ərdoğanın, İranlı həmkarı Ruhani ilə telefon danışığının olduğu və yaranmış durumun müzakirə edildiyi bildirilir.

(mənbə: Kanal D – Türkiyə)

—————————————————————————————–

İran parlamentində ABŞ bayrağı və nüvə sazişi yandırılıb-


Tarix: 11-05-2018, 22:44
Xəbəri paylaş





Xəbər lenti