Tbilisidə gecə klublarında xüsusi əməliyyat keçirilib, saxlanılanlar var -YENİLƏNİB


Gürcüstanın paytaxtı Tiflisdə, “Bassiani” və “Cafe Gallery” gecə klublarında hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.

APA-nın xəbərinə görə, “İberiya” telekanalı indiyədək 4 nəfərin saxlandığını bildirib.

Güc strukturlarındakı mənbələr gecə klublarında istintaq tədbirlərinin həyata keçirildiyini bildirib. Hadisə ilə bağlı DİN-in mətbuat xidməti hələ ki, məlumat yaymayıb.

***

Tbilisinin “Bassiani və “Cafe Gallery” gecə klublarında keçirilən xüsusi əməliyyat nəticəsində 8 narkotik alverçisi saxlanılıb.

APA-nın “newsgeorgia.ge”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in mətbuat xidmətindən bildirilib. “Daxili İşlər Nazirliyi üç ay ərzində “Bassiani” və “Cafe Gallery” klublarında narkotik vasitələrin satışına dair faktları müəyyən etmək üçün intensiv əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirib”, məlumatda deyilir.

Hər iki gecə klubunun qarşısında asayiş keşikçiləri və polisin hərəkətlərinə etiraz edənlər arasında qarşıdurma yaranıb. Polis əməkdaşlarına qarşı itaətsizlik və müqavimət göstərən bir neçə nəfər inzibati qaydada saxlanılıb.

Hazırda gecə “Bassiani” və “Cafe Gallery” gecə klublarında zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix: 12-05-2018, 07:39
Xəbəri paylaş





Xəbər lenti