Rusiya bombardmançıları “tutuldu”


Amerikaya məxsus qırıcılar Rusiyaya məxsus 2 bombardmançı təyyarəni "tutub". 

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Tu-95-lər ABŞ ordusunun F-22-ləri tərəfindən beynəlxa hava məkanında "tutulub". 

Alyaska ştatı yaxınlığındakı hava məkanında bombardmançı təyyarələrin “tutulması" xəbərini  CNN  öz mənbələrinə istinadən yayıb. ABŞ Birləşmiş Komandanlığının nümayəndəsi Endryu Henessi xəbəri təsdiqləyib və bildirib ki, bombardmançılar ştatın şimalında görünüb. F-22-lər Rusiya bombardmançılarını ərazini tərk edənə qədər müşayət edib. Hennesi əlavə edib ki, Ту-95-lər ABŞ hava məkanını pozmayıb. 

Xəzər

Tarix: 12-05-2018, 14:34
Xəbəri paylaş





Xəbər lenti