400 milyon uşaq məktəbsiz qalacaq - Keçmiş baş nazir HƏYƏCAN təbili çaldı


400 milyon uşaq məktəbsiz qalacaq - Keçmiş baş nazir HƏYƏCAN təbili çaldı

"Dünyada 260 milyon uşaq məktəbə gedə bilmir. 2030-cu ilə qədər vəziyyət bu cür davam edərsə, 11 yaşdan yuxarı 400 milyon uşaq təhsilsiz qalacaq".

Publika.az xəbər verir ki, bu sözləri İngiltərənin keçmiş baş naziri Qordon Braun Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında təşkil edilən mətbuat konfransında çıxışında deyib. Q.Braun uşaqların əməyinin istismar edilməsi, uşaq evlilikləri, uşaq oğurluqlarının qarşısının alınması və təhsilə dəstək verilməsi üçün 11.5 milyon gəncin imza toplayaraq bir maliyyə bazası yaratmağa təşviq edib.

Hər uşağın təhsil almaq hüququ olduğunu, ancaq dünyanın təhsil problemi ilə üz-üzə qaldığına diqqət çəkən keçmiş baş nazir bildirib ki, vəziyyət bu cür davam edərsə, 2030-cu ilə qədər 800 milyon uşaq keyfiyyətli təhsil ala bilməyəcək.

“Məktəb yaşlı uşaqların yarısı lazımı səviyyədə təhsil ala bilmir, bəziləri oxuyub-yazmağı belə bacarmır. Müharibə bölgələrində 75 milyon uşaq məktəbə gedə bilmir, onların 10 milyonu isə qaçqındır. 750 milyon yetkin oxuyub yaza bilmir, onların 2/3-si qadındır. Ona görə də təhsilə dəstək üçün maliyyə bazası yaradılmalıdır”-deyə, Q.Braun vurğulayıb.

Gülxar

Tarix: 12-05-2018, 15:21
Xəbəri paylaş





Xəbər lenti